Bir dövr başa çatdı: Sten Vavrinka peşəkar tennisdən getdi!

Bir dövr başa çatdı: Sten Vavrinka peşəkar tennisdən getdi!
28.10.2026 09:06 İdman

İsveçrəli tennisçi Sten Vavrinka peşəkar karyerasında sonuncu matçına çıxıb. 

TodayPress TV xəbər verir ki, ATP reytinqində hazırda 151-ci pillədə qərarlaşan 41 yaşlı idmançı Bazeldə keçirilən “ATP 500” kateqoriyalı turnirin ilk mərhələsində çexiyalı İrji Leqeçkaya 7:5, 7:6 (7:2) hesabları ilə məğlub olub.

2002-ci ildə peşəkar karyerasına başlayan Vavrinka bu müddət ərzində 16 titul qazanıb. O, “Böyük dəbilqə” turnirlərinin üçqat çempionudur. İsveçrəli tennisçi 2014-cü ildə Avstraliya Açıq çempionatında, 2015-ci ildə “Roland Qarros”da, 2016-cı ildə isə ABŞ Açıq çempionatında qalib gəlib.

Vavrinkanın dünya reytinqində ən yüksək mövqeyi üçüncü pillə olub.

Leqeçkaya qarşı görüş başa çatdıqdan sonra təcrübəli tennisçi Bazeldəki stadionda fəxri dövrə vurub və bununla da peşəkar karyerasını başa vurub.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər