Çili ilə matçda məğlubiyyət: U-15 millimiz yenidən meydana çıxır!

Çili ilə matçda məğlubiyyət: U-15 millimiz yenidən meydana çıxır!
28.10.2026 13:04 İdman

Futbol üzrə Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, yığmamız C Divizionunun 1/16 final mərhələsində Çili komandası ilə üz-üzə gəlib.

Baş məşqçi Famil Xəlilovun yetirmələri Cənubi Amerika təmsilçisinə 1:3 hesabı ilə məğlub olublar.

Millimiz bu gün saat 18:15-də Cəbəllütariq yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, U-15 millimiz mundialdakı ilk oyununda Timor-Lesteni 6:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Andorraya 1:0 hesabı ilə qalib gələn komandamız Avstraliyaya 1:3, Haiti yığmasına isə 0:4 hesabı ilə uduzub.

Azərbaycan millisi hazırda 65-96-cı yerlər uğrunda mübarizə aparır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər