Amerika ehtiyatlarını yeniləyir, silahlarını təzələyir: İran hədəfdə

Amerika ehtiyatlarını yeniləyir, silahlarını təzələyir: İran hədəfdə
28.10.2026 13:56 Dünya

ABŞ və İran arasında mümkün hərbi qarşıdurma ilə bağlı narahatlıqlar fonunda Yaxın Şərqdə hərbi fəallığın artırıldığı bildirilir. Vaşinqtonun bölgədə hava hücumundan müdafiə imkanlarını gücləndirməsi, hərbi texnikanı döyüş hazırlığı vəziyyətinə gətirməsi və əlavə qüvvələr göndərməyi planlaşdırması diqqət çəkir.

TodayPress TV “The Wall Street Journal”a istinadən xəbər verir ki, Tramp administrasiyası ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşır.

İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərilir.

Bölgədəki ABŞ qüvvələrinin sursat ehtiyatları yenilənir.

Bombardman və döyüş təyyarələri mümkün hücumlara hazırlanır.

Hücumlara məruz qala biləcək bazalardakı hərbçilər başqa ərazilərə köçürülür.

Əlavə bir aviadaşıyıcı zərbə qrupu və dəniz piyadalarının ekspedisiya birliyinin gələn ay bölgədəki hərbi qüvvələrə qoşulmağa hazırlaşdığı bildirilir.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər