İsraildə seçkilər: Netanyahu liderliyini qoruyur
İsraildə səslərin 76.9 faizinin sayılmasından sonra Baş nazir Benyamin Netanyahunun partiyası liderdir.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə, hazırda Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası Knessetdə 27 yer əldə edib. Digər əsas qüvvələrdən "Yashar!" 20, Birgə Siyahı 13, "Beyachad" isə 11 yer qazanıb.
Heç bir blok yeni hökumət qurmaq üçün 120 yerlik Knessetdə lazım olan 61 mandatı hələ ki qazana bilməyib.