Qumar, aliment və məhkəmə: Entoni Edvardsın şəxsi həyatında qalmaqal
“Minnesota Timbervulvz” klubunun ulduz basketbolçusu Entoni Edvards məhkəmədə keçmiş sevgilisi Aleksandriya Desroşun övladına görə aldığı alimenti internet üzərindən qumar oyunlarına xərcləyə biləcəyindən narahat olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb.
Bildirilib ki, Edvards məhkəmədə Desroşun 2025-ci il ərzində ayda dəfələrlə onlayn qumar oynadığını etiraf edib. Bununla yanaşı, qadın basketbolçudan aldığı alimentin kifayət etmədiyini də iddia edib.
Edvards həmçinin keçmiş sevgilisinin ikinci işindən əldə etdiyi bəxşişlər də daxil olmaqla, gəlirləri barədə məlumatları gizlətdiyini və uşağın saxlanması ilə bağlı xərcləri olduğundan artıq göstərdiyini iddia edib.
Basketbolçu daha əvvəl məhkəmə qərarına əsasən, hər ay 14 min dollar aliment ödəməli idi. Lakin vəsaitin qumar oyunlarına sərf oluna biləcəyindən ehtiyatlanan idmançı pulun xüsusi trast fonduna köçürülməsini və maliyyə vəsaitlərinin idarə olunması üçün məsul şəxs təyin edilməsini istəyib.
Aleksandriya Desroş isə Edvardsın bu tələbinə etiraz edib. O, basketbolçunun uşaqla ünsiyyət hüququ əldə etmək üçün təşəbbüs göstərmədiyini, övladı ilə şəxsən görüşmədiyini və ona hər hansı hədiyyə göndərib-göndərmədiyini belə bilmədiyini bildirib.
Desroş internet üzərindən qumar oynadığını etiraf etsə də, mərc məbləğlərinin təxminən 10 dollar olduğunu və bunu “darıxdığı üçün” etdiyini deyib. O, həmçinin artıq həmin hesabdan istifadə etmədiyini vurğulayıb.
Məlumata görə, Entoni Edvards və Aleksandriya Desroşun 2023-cü ildə dünyaya gələn Amir adlı oğlu var.
Namiq HUN