Karvaxal açıqladı: Ronaldunu dünyanın ən təhlükəli hücumçularından edən nədir?

Karvaxal açıqladı: Ronaldunu dünyanın ən təhlükəli hücumçularından edən nədir?
28.10.2026 11:30 İdman

“Xetafe” klubunun müdafiəçisi Dani Karvaxal sabiq komanda yoldaşı Kriştianu Ronaldunun peşəkar karyerası ərzində 1000 qol vuracağına əminliyini ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Karvaxal portuqaliyalı hücumçunun həm intizamı, həm də əzmkarlığı ilə seçildiyini bildirib:

“Ronaldu 1000 qol həddinə mütləq çatacaq. O, buna layiqdir. Kriştianu intizamın və əzmkarlığın nümunəsidir. İnsanlar onun son bir neçə ilinə diqqət yetirirlər. Ancaq onu “Real”da, xüsusilə də ən yaxşı vaxtlarında görməyənlər əslində nələrdən məhrum olduqlarını bilmirlər. Bunu öz gözləri ilə görmək lazım idi.

Xüsusilə də paltardəyişmə otağında baş verənlər yaddaqalan idi. Çempionlar Liqasının vacib oyunlarından əvvəl mənə deyirdi: “Dinlə, cərimə meydançasına yaxınlaşanda ötürmə et, çünki mən orada olacağam”.

Mən də düşünürdüm ki, “İlahi, kim olur-olsun, hamısını keçib topu sənə ötürəcəyəm”. O, insanda böyük təəssürat yaradırdı. Cərimə meydançasında əsl yırtıcıdır”. 

Qeyd edək ki, 41 yaşlı Ronaldu Səudiyyə Ərəbistanı çempionatının XI turunda “Əl-Feysali” ilə qarşılaşmada (3:1) qol vurub. Bu, onun peşəkar karyerasında 982-ci qol olub.

Beləliklə, portuqaliyalı ulduzun 1000 qol həddinə çatması üçün daha 18 dəfə fərqlənməsi lazımdır. Onun hesabında Portuqaliya millisində fərqləndiyi 146, “Əl-Nəsr”, “Mançester Yunayted”, “Yuventus”, “Real Madrid” və “Sportinq” klublarında isə ümumilikdə 836 qol var.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər