“Sabah” daha bir futbolçusu ilə vidalaşdı

“Sabah” daha bir futbolçusu ilə vidalaşdı
24.06.2025 17:45 İdman

“Sabah” klubu Namik Ələskərovla yollarını ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, Namik Ələskərov 2022-ci ildən “Sabah”da oynayırdı. O, klubun heyətində keçirdiyi 83 oyunda 7 qol vurub. “Sabah”la Premyer Liqanın gümüş medalını qazanan yarımmüdafiəçi Azərbaycan Kubokunun qalibi olub.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər