“Sabah” çempionluq yolunda güclənir: Yeni braziliyalı transfer olundu!
“Sabah” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionu braziliyalı hücumçu Karlos Eduardonu Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürüb. Müqavilədə futbolçunun sonradan transfer edilməsi hüququ da nəzərdə tutulub.
Qeyd edək ki, 24 yaşlı hücumçu karyerası ərzində Braziliyanın “Bruske”, Portuqaliyanın “Nasional”, “Maritimu” və “Felqeyraş” klublarında çıxış edib.
Namiq HUN