Ronaldu "Əl-Nəsr" ilə yeni müqavilə imzaladı

Ronaldu "Əl-Nəsr" ilə yeni müqavilə imzaladı
26.06.2025 21:55 İdman

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə yeni müqavilə imzalayıb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilədək olacaq.

Ronaldunun 40 yaşı var, o, 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Portuqaliyalı 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Ronaldu rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.

Aynur TAC

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər