Ronaldo futbolda yeni era başlayır: “Almeriya”ya sərmayə qoydu
İdman
26.02.2026 14:02
“Əl-Nəsr” klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo İspaniyanın “Almeriya” klubunun 25% səhmini alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” sosial şəbəkədə məlumat yayıb.
Ronaldu bildirib ki, futbolun inkişafına yalnız meydanda deyil, biznes tərəfdən də töhfə vermək istəyir:
“Uzun müddətdir ki, futbola yalnız meydanda deyil, digər istiqamətlərdə də töhfə vermək arzusundayam. “Almeriya” möhkəm bazaya və inkişaf potensialına malik İspaniya klubudur. Klub rəhbərliyi ilə birlikdə növbəti inkişaf mərhələsinə töhfə verməyi səbirsizliklə gözləyirəm”, – deyə futbolçu vurğulayıb.
Qeyd edək ki, “Almeriya” 2025/2026 mövsümündə İspaniya Sequndasında 27 oyundan sonra 48 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Birinci sırada eyni sayda oyunda 50 xal toplayan “Rasing” komandası yer alır.
Namiq HUN
tag: Kriştianu Ronaldo,Almeriya,Klub,Əl-Nəsr,Todaypress.tv,
