Rodri transferi bloklandı

Rodri transferi bloklandı
06.12.2025 12:45 İdman

“Real Madrid” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferindən imtina edib.

TodayPress TV “El Nacional” nəşrinə istinadən xəbər verir ki, əsas səbəb futbolçunun yüksək transfer qiymətidir. 

Bundan başqa Rodri sağlamlıq baxımından da problemlidir. 29 yaşlı yarımmüdafiəçi dizindəki ön çarpaz bağın qırılmasından sonra hələ tam bərpa olunmayıb.

“Kral klubu” hazırda İngiltərənin “Kristal Pelas” klubundan Adam Uorton və Niderland “AZ Alkmar”ından Kes Smitlə maraqlanır. 

Qeyd edək ki, cari mövsümdə Rodri “Mançester Siti”nin heyətində səkkiz matça çıxıb. O, bu müddətdə nə qol vurub, nə də məhsuldar ötürmə edib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər