“Real” üçün “uğursuz” hakim təyinatı
La Liqanın X turunda keçiriləcək “El-Klasiko” - “Real Madrid” və “Barselona” oyununun hakim briqadası müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Madrid Zone nəşri məlumat yayıb.
“Santyaqo Bernabeu” qarşılaşmasını Sesar Soto Grado idarə edəcək.
Bildirilir ki, o, karyerası ərzində “Real Madrid” futbolçularına digər istənilən klubun oyunçularından daha çox qırmızı vərəqə göstərib.
“Real Madrid” - “Barselona” matçı həm də cari mövsümdə komandalar arasında ilk “El-Klasiko” olacaq.
Qeyd edək ki, “Real Madrid” 24 xalla La Liqanın lideridir. “Barselona” isə 22 xalla ikinci yerdə məskunlaşıb.
Namiq HUN