Akif Beybutov vəfat etdi - FOTO
Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat yayılıb.
Akif Beybutov 60 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub. 2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib.
2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb.
