Putinin çıxışı zamanı Ukrayna dronları Moskvaya uçdu

Putinin çıxışı zamanı Ukrayna dronları Moskvaya uçdu
28.10.2026 10:04 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) çıxışı zamanı Ukrayna qüvvələrinin Moskvaya doğru dronlar atdığı bildirilir.

TodayPress TV xəbər verir ki,  “The Moscow Times” qəzetinin məlumatına görə, Moskvanın meri Sergey Sobyanin paytaxta yaxınlaşan 16 pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini iddia edib.

Hadisələr fonunda Moskva hava limanlarında bir neçə dəfə müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunub.

Şəhər sakinləri Moskvanın qərbində və ətraf bölgələrdə, o cümlədən Barvixa, Rodniki və Qovorovoda partlayış səsləri eşitdiklərini bildiriblər.

Partlayışlar zamanı avtomobillərin siqnalizasiyaları işə düşüb. Monitorinq kanalları isə dron təhlükəsi ilə yanaşı, havada kiçik şarların müşahidə edildiyi barədə də xəbərdarlıq yayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər