NATO Rusiya ilə müharibeye hazırlıq qərarı verdi

NATO Rusiya ilə müharibeye hazırlıq qərarı verdi
28.10.2026 10:46 Dünya

Rusiya ilə Qərb arasında təhlükəsizlik gərginliyi fonunda NATO mümkün hərbi ssenarilərə hazırlıq məsələsini yenidən gündəmə gətirib. Alyans rəsmilərinin son açıqlamaları Avropada müdafiə tədbirlərinin gücləndirilməsi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

TodayPress TV  “Nexta”  “X” kanalına istinadən xəbər verir ki, Varşavada keçirilən görüş zamanı Böyük Britaniyanın müdafiə naziri Ves Stritinq bildirib ki, Alyans ən pis ssenarilərə hazır olmalıdır.

Bununla belə, o vurğulayıb ki, NATO Rusiya ilə müharibə istəmir, çünki Alyans sırf müdafiə xarakteri daşıyır.

“Putin NATO ilə müharibəyə başlamaq niyyətində olmadığını bəyan etdikdə, onun Ukraynaya müdaxilədən cəmi bir neçə gün əvvəl də eyni sözləri dediyi yada düşür”– deyə nazir xəbərdarlıq edib. 

Zəhra Məmmədova

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər