Putin döyüşçü tapa bilmir - Afrikadan muzdlu əsgərlər toplayır

Putin döyüşçü tapa bilmir - Afrikadan muzdlu əsgərlər toplayır
28.10.2026 10:12 Dünya

Rusiya-Ukrayna müharibəsinin uzanması Moskvanın canlı qüvvə axtarışlarını ölkə hüdudlarından kənara çıxarmasına səbəb olur. Bu prosesdə Afrika ölkələrindən olan vətəndaşların müxtəlif vədlərlə döyüşlərə cəlb edilməsi ilə bağlı məlumatlar beynəlxalq diqqət çəkir.

TodayPress TV “War Radar” “X” kanalına istinadən xəbər verir ki , Rusiya Ukraynada Putin üçün aparılan müharibəyə xarici döyüşçüləri cəlb etmək məqsədilə Afrikanın daha yoxsul ölkələrində işə qəbul kampaniyasını genişləndirir. Bunun üçün insanlara iş və yüksək maaş vədləri, eləcə də müxtəlif maliyyə təşviqləri təklif olunur.

İllərdir davam edən itkilərdən sonra Moskva canlı qüvvə ehtiyacını ödəmək üçün öz sərhədlərindən kənara yönəlir.

Putin bu müharibəyə özü başlayıb. İndi isə onu davam etdirmək üçün minlərlə kilometr uzaqda döyüşməyə razı olacaq insanlar axtarır.

Zəhra Məmmədova

TodayPress TV 

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər