Rusiyada strateji kimya zavodu vuruldu: Tula vilayətində güclü yanğın - VİDEO

Rusiyada strateji kimya zavodu vuruldu: Tula vilayətində güclü yanğın - VİDEO
28.10.2026 10:08 Dünya

Oktyabrın 28-nə keçən gecə Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində partlayış baş verib. Hücum nəticəsində iri kimya müəssisələrindən biri olan “Azot” zavodu ərazisi yanıb.

TodayPress TV xəbər verir ki, "Exilenova+" yerli sakinlərin məlumatlarına istinadən zavoda hücum edildiyini bildirib.

Hadisə yerindən yayılan görüntülərdə güclü yanğın müşahidə olunur.

Yanğın Novomoskovskdakı “Azot” kimya zavodunun ərazisində başlayıb.

Müəssisə Rusiyanın iri gübrə istehsalçılarından biridir. Zavod, həmçinin partlayıcı maddələrin istehsalında istifadə olunan azot turşusunun tədarükçüləri arasında yer alır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər