Moskva və Tehran İranı nüvə enerjisinin mərkəzinə çevirmək istəyir
Rusiya və İran İslam Respublikasının ərazisində səkkiz atom elektrik stansiyasının tikintisini planlaşdırır.
TodayPress TV xəbər verir ki, "Reuters"in xəbərinə görə, layihənin həyata keçirilməsi iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addım ola bilər.
İranın 2040-cı ilədək nüvə enerjisi istehsal gücünü 20 giqavata çatdırmaq planı çərçivəsində səkkiz reaktorun tikintisi nəzərdə tutulur. Layihəyə əsasən, reaktorlardan dördünün Büşəhrdə yerləşdirilməsi planlaşdırılır.
2025-ci ilin sentyabrında Rusiyanın “Rosatom” dövlət şirkəti ilə İran arasında kiçik atom elektrik stansiyalarının tikintisi üzrə əməkdaşlıq memorandumu da imzalanıb.
Jalə Rövşən