İspaniya nəhəngləri Keynin qapısını döyüb, amma o, “Bavariya”ya sadiq qalıb!
İspaniyanın “Barselona” və “Real Madrid” klubları Münhen “Bavariya”sının hücumçusu Harri Keyni transfer etməyə çalışıblar.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 2026-cı ilin “Qızıl top” mükafatının sahibi olan ingiltərəli futbolçunun nümayəndələri ilə hər iki İspaniya nəhəngi əlaqə saxlayıb.
Romano, bu təmasların ötən yay mövsümöncəsi hazırlığın ilk mərhələsində baş tutduğunu bildirib:
“Bu, sizi təəccübləndirə bilər, amma əminliklə deyə bilərəm ki, ötən yay İspaniyanın iki nəhəng klubu – “Barselona” və “Real” Keynlə əlaqə saxlayıb. Bu, mövsümöncəsi hazırlığın ilk mərhələsində baş verib.
Cavab həmişə eyni olub: “Təşəkkür edirik, amma biz “Bavariya” ilə müqaviləmizə sadiq qalmağa və diqqətimizi ona yönəltməyə qərar vermişik”.
Heç bir danışıqlar aparılmayıb. Çünki Keyn “Bavariya”da qalmağa qərar verib”.
Beləliklə, İngiltərə millisinin hücumçusu İspaniya nəhənglərinin marağına baxmayaraq, Münhen klubunda qalmağa üstünlük verib.
Namiq HUN