Qlobal tribunadan çağırış: İrqçiliyə yenidən “yox”!
İdman
28.02.2026 15:49
FIFA 2026-cı il dünya çempionatı zamanı anti-irqçilik təşəbbüslərini yenidən aktivləşdirməyi planlaşdırır.
TodayPress TV “The Athletic”ə istinadən xəbər verir ki, qurum turnir çərçivəsində stadionlarda “İrqçiliyə yox” kampaniyasının mesajlarını yenidən nümayiş etdirməyi nəzərdə tutur.
Həmçinin “Sülh naminə birləşək” və “Dünyanı birləşdirək” kimi şüarların da təşviqi planlaşdırılır.
Xatırladaq ki, ötən il ABŞ-da keçirilən klublararası dünya çempionatı zamanı “İrqçiliyə yox” və “Ayrı-seçkilik yoxdur” kampaniyalarının vizual materialları və videoçarxları azaldılmış, əsas diqqət “Futbol dünyanı birləşdirir” şüarına yönəlmişdi. Anti-irqçilik mesajları isə cəmi bir dəfə — Beynəlxalq Nifrət Nitqi ilə Mübarizə Günündə göstərilmişdi.
FIFA nümayəndələri sonradan bu yanaşmanın düzgün olmadığını etiraf ediblər. Qurum hesab edir ki, dünya çempionatı kimi qlobal platforma irqçilik və ayrı-seçkiliklə mübarizə barədə maarifləndirmə üçün mühüm imkan yaradır.
Namiq HUN
tag: FİFA,2026,İrqçilik,Plan,Todaypress.tv,
