Qızıl medalın izi muzeydə – Vittoççidən unikal addım
İdman
27.02.2026 14:07
İtaliyalı biatlonçu Liza Vittoççi XXV Qış Olimpiadasında qızıl medal qazanmaq üçün geyindiyi yarış kostyumunu İsveçrənin Lozanna şəhərindəki Beynəlxalq Olimpiya Komitəsi (BOK) Muzeyinə bağışlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Nordic Magazine İtaliya Qış İdman Federasiyasına (FISI) istinadən məlumat yayıb.
Qış Olimpiya Oyunlarının dördqat mükafatçısı Federiko Pelleqrino da xizək çubuqlarını Olimpiya Muzeyinə saxlanması üçün bağışlayıb.
“90.000-dən çox unikal əşyadan ibarət kolleksiyamızı genişləndirən hədiyyələrinə görə Liza Vittoççi və Federiko Pelleqrinoya təşəkkür edirik”, - deyə “Nordic Magazine” muzey direktoru Anhelita Teonun sözlərini sitat gətirir.
Xatırladaq ki, Liza Vittoççi Antholtsda keçirilən ev Olimpiadasında təqib yarışında Olimpiya çempionu olub.
Namiq HUN
tag: Liza Vittoççi,Biatlon,Olimpiada,Olimpiya,Todaypress.tv,
