Qış Olimpiadasında dopinqlə mübarizə sərtləşdirilir

Qış Olimpiadasında dopinqlə mübarizə sərtləşdirilir
13.01.2026 12:03 İdman

Bu ilin fevral ayında İtaliyada keçiriləcək Qış Olimpiya Oyunları zamanı dopinqlə mübarizə çərçivəsində idmançıların baqajı yoxlanılacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Inside the Games nəşri məlumat yayıb.

Məlumata görə, dopinq-nəzarət əməkdaşları idmançıların hava limanlarında olan baqajlarının içərisini yoxlamaq səlahiyyəti əldə edəcək.

Beynəlxalq Dopinq Testləmə Agentliyinin (ITA) baş direktoru Benyamin Koen bildirib ki, hazırda bu məqsədlə İtaliya gömrüyü və Ədliyyə Nazirliyi ilə xüsusi razılaşma üzərində iş aparılır:

“Biz konkret idmançılarda konkret maddələri lazımi anda yoxlamağa hazır olmalıyıq. Hazırda gələn nümayəndə heyətlərinin müəyyən çantalarının açılmasına imkan verəcək razılaşma üzərində çalışırıq”.

Qeyd edək ki, bu cür praktika Olimpiya Oyunları tarixində ilk dəfə tətbiq ediləcək. İndiyədək idmançıların baqajı hava limanlarında dopinq məqsədilə yoxlanılmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər