“Qəbələ” Elvin Yunuszadə ilə vidalaşdı
“Qəbələ” klubu futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.
TodayPress TV bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə 2024/2025 mövsümünün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə “Qəbələ”nin heyətində 22 oyuna çıxıb.
Namiq HUN