Qavi üçün qorxulu anlar: “Barselona”da ciddi narahatlıq

Qavi üçün qorxulu anlar: “Barselona”da ciddi narahatlıq
24.08.2026 08:48 İdman

“Barselona”nın yarımmüdafiəçisi Qavi La Liqanın II turunda “Elçe” ilə oyunda dizindən zədə alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Kataloniya təmsilçisi görüşdə 5:0 hesabı ilə qalib gəlsə də, 21 yaşlı futbolçu matçı vaxtından əvvəl tərk etməli olub.

Qavi ilk hissənin 45-ci dəqiqəsində zədələnib və onun əvəzinə Pedri meydana daxil olub.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik matçdan sonra futbolçunun vəziyyəti barədə məlumat verib. Almaniyalı mütəxəssis Qavinin dizindən zədə aldığını və vəziyyətin ilkin gözləntilərdən bir qədər yaxşı olduğunu bildirib:

“Dizində zədə var. Gözləməliyik. Zədə aldığı anda düşündüyündən bir qədər yaxşıdır. Oyundan sonra vəziyyəti xeyli yaxşılaşıb. MRT müayinəsi keçirəcəyik və nəticəyə baxacağıq”.

Qeyd edək ki, Qavi daha əvvəl də ciddi diz zədəsi alıb. İspaniyalı futbolçu 2023-cü ildə ön çarpaz bağlarının qopması səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər