Qaslidən sərt “Madring” etirafı: “Simulyatorda bütün divarlara çırpıldım!”
“Alpine” komandasının pilotu Pyer Qasli “Formula-1” üzrə İspaniya Qran-prisinə ilk dəfə ev sahibliyi edəcək yeni “Madring” trası barədə təəssüratlarını bölüşüb.
TodayPress TV “SoyMotor” nəşrinin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, təcrübəli pilot yeni trasın Mонако idman zolağı kimi təhlükəli və səhvlərə qarşı bağışlanmaz olduğunu bildirib:
“Mərc gələ bilərəm ki, yarışda qırmızı bayraqlar olacaq. Simulyatorda, deyəsən, trasın bütün divarlarına çırpılmışam. Bu, Monako kimidir: kiçik bir səhv etsən, nəticələri çox ağır ola bilər”.
Qeyd edək ki, Madrid şəhərindəki trasın konfiqurasiyası 22 döngədən ibarətdir və uzunluğu 5,4 km təşkil edir. Trasın əsas xüsusiyyəti 24 dərəcə meylliliyi olan və təxminən 6 saniyə davam edən 550 metrlik 12-ci döngə – “Monumental” olacaq.
Namiq HUN