“Qarabağ”ın rəqibi heyətini təkmilləşdirir
İdman
08.12.2025 09:00
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi olan “Ayaks” heyətini yapon müdafiəçi ilə gücləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Voetbal International” nəşri məlumat yayıb.
Amsterdam təmsilçisi “Arsenal”dan ayrıldıqdan sonra sərbəst qalan Takehiro Tomiyasunu transfer etmək niyyətindədir.
Müdafiəçi dizini zədələdiyindən ötən mövsümdə “Arsenal”ın heyətində cəmi 6 dəqiqə meydanda olub. London təmsilçisi fevralda əməliyyat olunduqdan sonra müdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
“Ayaks” futbolçunun hər iki cinahda oynamaq bacarığını və beynəlxalq təcrübəsini yüksək qiymətləndirir.
Qeyd edək ki, “Qarabağ” - “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN
tag: Ayaks,Klub,Transfer,Futbol,Todaypress.tv,
