“Qarabağ”ın müdafiəçisi yenidən məşqlərə qayıtdı

“Qarabağ”ın müdafiəçisi yenidən məşqlərə qayıtdı
03.12.2025 15:54 İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” (2:0) ilə səfər qarşılaşmasında zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medina artıq məşqlərə başlayıb.

TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, oyunçu hazırda özünü yaxşı hiss edir, zədəsi bərpa olub və klubun məşqlərinə qatılır.

Xatırladaq ki, Neapol qarşılaşmasında “Napoli”nin hücumçusunun zərbəsindən sonra top Medinanın üzünə dəyib və o, huşsuz vəziyyətdə yerə yıxılıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər