“Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər!

“Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər!
19.08.2026 17:39 İdman

“Qarabağ” klubunun yarımmüdafiəçisi Pedro Bikalyo UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı ilk matçda meydana çıxa bilməyə bilər.

TodayPress TV “Sportal.az”a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının I turunda “Şamaxı”ya qarşı keçirilən və 3:1 hesabı ilə başa çatan görüşdə zədələnib.

Bikalyonun “Tvente” ilə səfər matçında iştirak ehtimalının aşağı olduğu bildirilir.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Niderlandın Enshede şəhərindəki “De Qrols Veste” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Namiq HUN

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər