“Qarabağ”ın Avropa yolunda yeni rəqibləri bəlli oldu
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” klubunun daha iki rəqibi məlum olub.
TodayPress TV xəbər verir ki, bunlar Serbiyanın “Voyvodina” və Rumıniyanın “Universitatya Kluj” klublarıdır.
Bundan əvvəl “köhlən atlar”ın 3 potensial rəqibinin adına aydınlıq gəlmişdi. Bunlar Sloveniyanın “Alüminiy”, İrlandiyanın “Derri Siti” və İslandiyanın “Vestri” klubları idi.
“Qarabağ” artıq 8 potensial rəqibindən 5-ni tanıyır.
Digər 3 komanda kubok finallarından sonra məlum olacaq.
Qeyd edək ki, Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. İlkin təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da olacaq.
Namiq HUN