Qarabağda böyük idman həyəcanı: “Mingəçevir Reqatası” Füzulidən başlayır!

Qarabağda böyük idman həyəcanı: “Mingəçevir Reqatası” Füzulidən başlayır!
23.09.2026 10:57 İdman

Ənənəvi “Mingəçevir Reqatası” ikinci dəfə Füzulidə baş tutacaq.

TodayPress TV xəbər verir ki, sentyabrın 29-da Füzulidə yerləşən Köndələn su anbarında “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçiriləcək. 

Açılış günü, həmçinin kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunacaq.

Yarışın növbəti iki günü Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Burada mübarizə avarçəkmənin bütün növləri üzrə aparılacaq. 

Beynəlxalq turnirdə 12 ölkədən - Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Su İdmanı Federasiyası 2022-ci ildən etibarən Suqovuşan və Köndələn su anbarlarında “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq turnirlər təşkil edir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə olaraq Sərsəng su anbarında da beynəlxalq yarış keçirilib. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku-2026” reqatasının ilk gününə məhz Sərsəng ev sahibliyi edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər