“Qarabağ”a Braziliyadan yarım milyon avro bonus

İdman

26.02.2026 13:33

Braziliyalı futbolçu Juninyo Olavio sabiq klubu “Qarabağ”a əlavə gəlir qazandırıb.

TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, hücumçu “Flamenqo”dakı uğurlu çıxışı sayəsində Ağdam təmsilçisinin büdcəsinə 1 milyon manat (500 min avro) daxil olmasını təmin edib.

Belə ki, Juninyo bir il əvvəl 5 milyon avro qarşılığında “Flamenqo”ya transfer olunarkən, müqaviləyə qazanılan hər titul üçün 250 min avro bonus maddəsi əlavə edilib.

Qeyd edək ki, Olavio Braziliya klubu ilə həm ölkə çempionu, həm də Libertadores Kubokunun qalibi olub. Bu səbəbdən “Qarabağ”a iki titulun qarşılığı olaraq ümumilikdə 500 min avro ödənilib.

Xatırladaq ki, “Qarabağ” 2023-cü ildə cəmi 450 min avroya transfer etdiyi Juninyonun satışından əhəmiyyətli maliyyə mənfəəti əldə edib.

Namiq HUN

TodayPress TV

tag: Juninyo Olavio,Flamenqo,Qarabağ,Gəlir,Todaypress.tv,