“Qarabağ” klubunun heyəti Şuşada sakinlərlə görüşüb
“Qarabağ” futbol klubunun Füzuli, Şuşa və Xankəndiyə səfəri başlayıb.
TodayPress TV xəbər verir ki, səfər Azərbaycan Gənclər və İdman Nazirliyi və “Qarabağ”ın təşəbbüsü ilə həyata keçirilir.
Azərbaycan çempionunun ilk görüşü Şuşada gerçəkləşib. Ağdam təmsilçisi Şuşa şəhər stadionunda şəhər sakinləri və 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb.
Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb. Məktəbin idman meydançasına baş çəkən komanda üzvləri avtoqraf verib və şəkillər çəkdiriblər.
Namiq HUN