“Qalatasaray”dan böyük HÜCUM: müdafiə əfsanəsi hədəfdə
İdman
09.05.2026 11:57
“Qalatasaray” klubu yay transfer pəncərəsi üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
TodayPress TV “Sporx”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Vircil van Deykin transferi üçün hərəkətə keçib.
“Qalatasaray” rəhbərliyi 34 yaşlı niderlandlı müdafiəçini komandanın arxa xəttinə “ideal lider” kimi görür. Klub onu pulsuz transferlə heyətə qatmaq niyyətindədir, çünki futbolçunun müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Van Deyk cari mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 52 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Buna baxmayaraq, müdafiəçi mövsümün sonunda klubdan ayrılma ehtimalını nəzərdən keçirir.
“Aslanlar”ın transferi baş tutsa, van Deyk karyerasının son böyük mərhələlərindən birini Türkiyədə keçirə bilər. “Qalatasaray” Avropada daha rəqabətli müdafiə xətti formalaşdırmağı hədəfləyir.
Namiq HUN
tag: “Qalatasaray” ,Futbol ,Klub, Vircil van Deyk,Todaypress.tv,
