“Qalatasaray” səfərdə dörd cavabsız qol vurdu!
Türkiyənin “Qalatasaray” futbol klubu Superliqanın ikinci turunda səfərdə “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib.
TodayPress TV xəbər verir ki, Kazım Karabekir stadionunda keçirilən qarşılaşmada İstanbul təmsilçisinin qollarını Roland Şallai, Yunus Akgün və Viktor Osimhen vurublar.
Hesab 12-ci dəqiqədə Şallainin qolu ilə açılıb. 20-ci dəqiqədə Osimhenin ötürməsindən sonra Yunus Akgün fərqi ikiyə çatdırıb.
İlk hissənin sonlarında meydan sahiblərinin müdafiəsində yaranan səhvdən yararlanan Osimhen 45-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
Nigeriyalı hücumçu 80-ci dəqiqədə yenidən fərqlənərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib - 4:0.
Beləliklə, Osimhen görüşü iki qol və bir məhsuldar ötürmə ilə başa vurub.