Qael Monfils 40 yaşında rəqibini darmadağın edib tarix yazdı

Qael Monfils 40 yaşında rəqibini darmadağın edib tarix yazdı
02.09.2026 09:10 İdman

Fransalı tennisçi Qael Monfils “Böyük Dəbilqə” seriyalı “US Open”in ilk turunda Paraqvay təmsilçisi Adolfo Daniel Valyexonu məğlub edərək turnirin tarixinə düşüb.

TodayPress TV xəbər verir ki, 40 yaşlı fransalı son 50 ildə “US Open”də 40 və daha yuxarı yaşda oyun qazanan üçüncü tennisçi olub.

Bundan əvvəl bu nəticəyə yalnız “US Open”in ikiqat qalibi Ken Rozuoll və turniri beş dəfə qazanan Cimmi Konnors nail olub. Rozuoll 1977-ci ildə 42 yaşında, Konnors isə 1992-ci ildə 40 yaşında “US Open”də qələbə qazanıb.

Qeyd edək ki, Keçmiş dünya altıncısı olan Monfils 60-cı sırada yer alan Valyexonu 2:6, 6:1, 6:2, 6:0 hesabı ilə məğlub edib.

Monfils turnirin ikinci turunda ABŞ təmsilçisi, dünya reytinqinin 15-cisi Löner Tiyen ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər