Qadınlarımız sablya növü üzrə qılıncoynatmada qızıl medal qazandılar

Qadınlarımız  sablya növü üzrə qılıncoynatmada qızıl medal qazandılar
20.11.2025 23:20 İdman

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun vurulub.

TodayPress TV xəbər verir ki, son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasında Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib. 

Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal qazanıb. 

Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi  və Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdı.

TodayPress TV

FOTOLAR

Qadınlarımız  sablya növü üzrə qılıncoynatmada qızıl medal qazandılar — 1
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər