Qadın voleybolçulardan ibarət millimiz mübarizəni dayandırdı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
TodayPress TV xəbər verir ki, kollektiv 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).
Qeyd edək ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.
Xatırladaq ki, Türkiyə millisi Avropanın hazırkı çempionudur. 2023-cü ildə keçirilən son qitə çempionatının finalında türkiyəli voleybolçular Serbiya yığmasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olublar.