PSJ ulduzunu 15 il həbs gözləyə bilər

İdman

24.02.2026 17:20

Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi qarşıdan gələn təcavüz məhkəməsi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə Hakimi sosial media səhifəsində yazıb: 

“Bu gün təcavüz ittihamı, hətta mən onu inkar etsəm belə, məhkəmə üçün kifayət qədər əsasdır və bütün dəlillər onun yalan olduğunu göstərir. Bu, həm günahsızlara, həm də əsl qurbanlara qarşı ədalətsizdir. Həqiqətin üzə çıxmasına imkan verəcək bu məhkəməni sakitcə gözləyirəm”.

“Le Parisien” qəzetinin əvvəllər verdiyi məlumata görə, futbolçu təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Dinləmənin tarixi hələ açıqlanmayıb. 

Nanterre prokurorluğu Hakimiyə qarşı 2023-cü ilin mart ayında ittiham irəli sürüb. O, həmin ilin fevral ayında hadisə barədə polisə məlumat verən 24 yaşlı qadına təcavüz etməkdə ittiham olunur. 2025-ci ilin avqust ayında Hakiminin Nanterre prokurorluğunun tələb etdiyi 15 ilə qədər həbs cəzası ilə üzləşəcəyi açıqlanıb.

Namiq HUN

TodayPress TV

tag: Əşrəf Hakimi,PSJ,Məhkəmə,İttiham,Todaypress.tv,