Premyer Liqada yeni mövsümün startının vaxtı açıqlandı

Premyer Liqada yeni mövsümün startının vaxtı açıqlandı
27.05.2025 17:43 İdman

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startı müəyyənləşib.   

TodayPress TV Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsüm avqustun 15-də başlayacaq.   

Çempionatda 12 komanda 3 dövrədə keçiriləcək 33 turda mükafatçıları müəyyən edəcək. 

Qeyd edək ki, Premyer Liqada 2024/2025-ci illər mövsümünün qalibi “Qarabağ” olub.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər