Möhtəşəm qələbənin kölgəsində böyük faciə qorxusu!
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Barselona”ya qarşı keçirilən və Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatan matçda ağır zədə alıb.
TodayPress TV “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, gürcüstanlı futbolçu zədənin xarakterini dəqiqləşdirmək üçün MRT müayinəsindən keçəcək.
Mənbənin məlumatına görə, futbolçunun çarpaz bağlarının qopmasından ehtiyat edilir. Bu ehtimal yalnız testlərdən sonra təsdiq və ya təkzib olunacaq. PSJ klubundan isə hələlik müayinənin nəticələri ilə bağlı proqnoz verməyin çətin olduğu bildirilib.
Qeyd edək ki, Kвараtsxeliya cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 11 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN