Zelenski və Putin görüşə bilər

Zelenski və Putin görüşə bilər
21.10.2026 09:28 Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək.

TodayPress TV xəbər verir ki,  “Politico” nəşrinin məlumatına görə, bu təşəbbüs atəşkəsə nail olmaq istiqamətində növbəti cəhd olacaq.

Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Uitkoff Rusiya rəhbərliyi ilə görüşündə Avropa və ABŞ-dan olan həmkarlarının hazırladığı təklifləri də müzakirə edəcək.

Onun sözlərinə görə, bu görüş liderlər səviyyəsində danışıqların keçirilməsi üçün zəmin yarada bilər.

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər