Müharibə Ukraynanın uşaqlığını əlindən alır - Zelenski

Müharibə Ukraynanın uşaqlığını əlindən alır - Zelenski
21.10.2026 09:47 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən müharibənin insan həyatına və uşaqların gələcəyinə ağır zərbə vurduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, Ukraynanın müharibədə məğlub olmadığı, lakin döyüşlərin mümkün qədər tez başa çatmasında maraqlı olduğunu qeyd edib.

Zelenskinin sözlərinə görə, münaqişə təkcə insan tələfatına deyil, uşaqların normal həyat və uşaqlıq illərindən məhrum olmasına da səbəb olur.

“Biz insanları və vaxtı itiririk, çünki uşaqlarımızın real həyatı, uşaqlığı yoxdur. Məhz buna görə də bu müharibəyə mümkün qədər tez son qoymalıyıq”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər