“Vüqar Həşimov” məğlub olsa da, tarix yazılan tur oldu!

“Vüqar Həşimov” məğlub olsa da, tarix yazılan tur oldu!
21.10.2026 08:50 İdman

Monteneqroda keçirilən şahmat üzrə Avropa Klublar Kubokunun IV turunda “Vüqar Həşimov” komandası “SuperChess Romania” klubuna 2:4 hesabı ilə məğlub olub. 

TodayPress TV xəbər verir ki, təmsilçimiz bu turda güclü Rumıniya klubuna məğlub olsa da, komandanın heyətində beynəlxalq qrossmeyster Aydın Süleymanlı dünya reytinqinin ilk beşliyində qərarlaşan ulduz şahmatçı Nodirbek Abdusattorov üzrəində parlaq qələbə qazanıb. 

Bu, turun ən səs-küylü və diqqətçəkən nəticələrindən biri olub.

Budva turnirində qadınların mübarizəsində çıxış edən “Odlar Yurdu” komandası Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanaraq turnirdəki uğurlu çıxışını davam etdirir. Təmsilçimiz dördüncü turda “Kölner Şahfroynde” klubunu 2,5:1,5 hesabı ilə məğlub edib.

Hər iki komandamızın aktivində 6 xal var. “Vüqar Həşimov” klubu 12-ci, “Odlar Yurdu” isə altıncı pillədə qərarlaşıb. 

İsveçrə sistemi üzrə yeddi turdan ibarət Avropa Klublar Kuboku turniri oktyabrın 23-də başa çatacaq.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər