Avropa silahlanır, III Dünya müharibəsi qaçılmaz ola bilər - Vuçiç

Avropa silahlanır, III Dünya müharibəsi qaçılmaz ola bilər - Vuçiç
21.10.2026 09:40 Dünya

Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç Avropada sürətlənən silahlanma prosesinin mümkün qlobal müharibə ilə bağlı narahatlıqları artırdığını bildirib.

TodayPress TV xəbər verir ki, o, Üçüncü Dünya müharibəsinin başlamamasının möcüzə olacağını deyərək, bu ehtimalın onu ciddi şəkildə narahat etdiyini vurğulayıb.

Vuçiç Avropa ölkələrinin hərbi potensialını artırmasına diqqət çəkərək, Almaniyanın bu sahədə əldə etdiyi irəliləyişləri xüsusi qeyd edib. Onun sözlərinə görə, Almaniyanın bu sektorda mənfəəti 17 dəfə artıb.

“Əgər Avropanın özünü necə silahlandırdığını görmürsünüzsə, deməli, onu görməzdən gəlirsiniz. Bəs niyə özünü silahlandırır? Hansı məqsədlə? Bu, Çexovun pyeslərini xatırladır: birinci pərdədə divarda silah asılıbsa, üçüncü pərdədə atəş açılacaq”, – deyə Vuçiç bildirib.

O əlavə edib ki, səhv etməyi və proqnozunun gerçəkləşməməsini arzulayır, lakin mövcud vəziyyətlə bağlı narahatlığını gizlətmir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər