Parisdə qeyri-adi təxribat: Fanatların banneri qəzəb doğurdu!
“Barselona” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda PSJ-yə qarşı keçirilən və 2:4 hesablı məğlubiyyətlə başa çatan matçdan sonra quruma rəsmi şikayət ünvanlamaq niyyətindədir.
TodayPress TV “Sport.es” nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar Paris təmsilçisinin azarkeşlərinin oyunun əvvəlində tribunada açdıqları qalmaqallı bannerdən narazıdırlar.
“Barselona” klubunun rəhbərliyi “Texas qətliamı” filminin personajı olan manyak Dəri Üzün əks olunduğu banneri qeyri-etik hesab edib.
Belə ki, PSJ fanatları həmin qəhrəmanı öz klublarının formasında, əlində benzin mişarı ilə “Barselona”nın loqosunu kəsərkən təsvir ediblər və üzərinə “Paris sayağı qətliam” şüarı yazıblar.
Namiq HUN