Premyer Liqada mövsümün ilk het-triki qeydə alındı
“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada ilk het-trikinə imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
O, Premyer Liqanın V turunda “Qarabağ”ın “Araz-Naxçıvan”la (5:0) səfər oyununda cari mövsümün ilk het-trikini reallaşdırıb.
Toral Bayramov Azərbaycan çempionatı tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu ünvanına sahib çıxıb. Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub.
Qeyd edək ki, ölkə çempionatında 129-cu matçını keçirən Toral Bayramov 21 dəfə rəqib qapılarına yol tapıb.
Namiq HUN