Premyer Liqada intizam qərarları açıqlandı

Premyer Liqada intizam qərarları açıqlandı
04.12.2025 13:48 İdman

AFFA “Sumqayıt” və “Şamaxı” klublarının baş məşqçilərini  cəzalandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda “Sumqayıt” oyunda rəqib komandanın texniki zonasına aqressiv tərzdə daxil olduğuna görə 1 oyunluq diskvalifikasiya edilib, klubu ilsə isə 2000 manat cərimələnib.

İntizam Komitəsi “Sumqayıt” klubunun baş məşqçisi Saşa İliçin hərəkətlərini də gözdən qaçırmayıb. Serbiyalı mütəxəssis “Şamaxı” ilə matçda qarşı tərəfin texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub, klubu isə 10000 manat məbləğində ağır cəza alıb. 

Bundan başqa “Sumqayıt” 5 futbolçusunun sarı vərəqə almasına görə əlavə 700 manat cərimələnib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər