Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı”
“Monako”nun baş direktoru Tiaqu Skuru yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verilməsini şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı yayıb.
“Klub adından Pola təşəkkür etmək istəyirəm. Bu yolu birlikdə keçdiyimiz üçün çox şadıq. O, komandaya qoşularkən bunun ciddi çağırış, cəsarətli və iddialı transfer olduğunu izah etmişdik.
Təbii ki, nəticə gözləntilərimizi doğrultmadı. Lakin bu, onun kluba qayıdışını müşayiət edən həvəsi və Polun peşəkar futbola yenidən dönməsi faktını kölgədə qoymamalıdır.
Polun paltardəyişmə otağına, xüsusilə gənc futbolçularla iş baxımından verdiyi töhfə əvəzsiz idi. O, daim böyük təcrübəsini gənclərlə bölüşür və onlara məsləhətlər verirdi.
Onun işinə münasibəti də nümunəvi idi və özünü böyük çempion kimi göstərirdi. Pola gələcək karyerasında ən xoş arzularımızı çatdırırıq”, – deyə Skuru bildirib.
Namiq HUN
TodayPress TV