Pol Poqbanın “Monako” macərası erkən başa çatdı

Pol Poqbanın “Monako” macərası erkən başa çatdı
19.08.2026 13:22 İdman

“Monako” Pol Poqba ilə müqaviləyə xitam verib. 

TodayPress TV xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yarımmüdafiəçi ilə yollarını ayırdığını açıqlayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Poqbanın Fransa klubu ilə son müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

“Monako” futbol klubu Pola dərin təşəkkürünü bildirir və gələcək karyerasında ona uğurlar arzulayır”, – deyə klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, Poqba 2025-ci ilin yayından “Monako”nun futbolçusu idi. Bu müddətdə 6 matçda meydana çıxan yarımmüdafiəçi bir sıra görüşləri zədə səbəbindən buraxıb.

Daha əvvəl mətbuatda Poqbanın komandanın İngiltərədəki təlim-məşq toplanışı zamanı yenidən zədələndiyi barədə məlumat yayılmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər