Paralimpiya çempionu mövqeyini qorudu

Paralimpiya çempionu mövqeyini qorudu
24.10.2025 15:55 İdman

Dünya Parataekvondo Federasiyası dayanq ustalarının yeni reytinq cədvəlini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Paralimpiya çempionumuz İmaməddin Xəlilov (70 kq) 521.10 xalla liderliyini davam etdirir.

Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov (58 kq) 329.65 xalla 4-cü pillədə qərarlaşıb.

Milli komandanın digər üzvlərindən Amin Şıxalıyev (63 kq) 31.25 xalla altı pillə irəliləyərək 22-ci sıraya yüksəlib. Orxan Cəfərov da (80 kq) səkkiz pillə irəliləyərək 42.64 xalla 22-ci pillədə yer alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər